Göygöl sakini evdən 10 minlik oğurluq edib

Göygöl sakini evdən 10 minlik oğurluq edib
  25 Oktyabr 2021    Oxunub:773
Göygöl rayonunda oğurluq hadisəsi olub.
Bu barədə AzVision.az -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Göygöl Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 23-də rayon ərazisindəki evlərin birindən 10 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Zurnabad kənd sakini R.Məmmədov saxlanılıb.

AzVision.az



Teqlər: Göygöl  





Xəbər lenti