İranda daha 140 nəfər koronavirusdan ölüb

İranda daha 140 nəfər koronavirusdan ölüb
  25 Oktyabr 2021    Oxunub:481
İranda ötən sutka ərzində 7 516 nəfər koronavirusa yoluxub, 140 nəfər vəfat edib.
AzVision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb.

İndiyədək İranda virusdan 125 363 nəfər ölüb, yoluxanların sayı isə 5 868 360 nəfərə çatıb. Virus daşıyıcılarından 4 256 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Ümumilikdə 5 429 982 nəfər koronavirusdan sağalıb, 34,8 milyondan çox diaqnoz testi həyata keçirilib.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: İran   Virus  





Xəbər lenti