Məşhur sovet aktrisası yoxa çıxıb

Məşhur sovet aktrisası yoxa çıxıb
  25 Oktyabr 2021    Oxunub :806
Sovet və müasir rus kinosunun məşhur aktrisası Svetlana Svetliçnaya Moskvada yoxa çıxıb. O, oktyabrın 20-də evdən çıxaraq bir daha geri dönməyib.
AzVision.az xəbər verir bu barədə “Zvezda” telekanalı məlumat yayıb. Bildirilir ki, artıq aktrisa axtarışa verilib.
Svetliçnayanın demensiyadan əziyyət çəkməsi onun axtarışını daha da çətinləşdirib.

Qeyd edək ki, aktrisa bir müddət əvvəl Yasenevodakı mənzilini qonşularına bağışlamaq niyyətində olduğunu bildirmişdi. O qeyd etmişdi ki, buna səbəb qonşularının yaxşı insan olmalarıdır.

Tural Tağıyev
AzVision.az

Teqlər: Aktrisa   Sovet  







Xəbər lenti