"Qubadlıdan sonra biz zəfər yürüşümüzü şərəflə davam etdirdik" - Ali Baş Komandan

   "Qubadlıdan sonra biz zəfər yürüşümüzü şərəflə davam etdirdik" -    Ali Baş Komandan
  25 Oktyabr 2021    Oxunub:1317
Qubadlı azad olunandan sonra Laçın istiqamətində yolumuz açıldı və bir neçə gündən sonra biz Laçının cənub hissəsində yerləşən kəndləri də azad etdik və beləliklə, Laçın dəhlizini nəzarətə götürdük və artıq müharibənin taleyi həll edilmişdi. Artıq həm bütün dünya, həm də düşmən gördü ki, bizim qabağımızda heç bir qüvvə dayana bilməz.
AzVision.az xəbər verir ki, bu barədə Prezident, Müzəffər İlham Əliyev Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə söyləyib.

Dövlətimizin başçısı qeyd edib ki, Qubadlıdan sonra biz öz zəfər yürüşümüzü, zəfər missiyamızı şərəflə davam etdirdik və noyabrın 8-də Şuşada dövlət bayrağını ucaltdıq.

AzVision.az


Teqlər: İlham-Əliyev  





Xəbər lenti