ASCO Xəzərdə üzən gəmilərinə xəbərdarlıq göndərib

ASCO Xəzərdə üzən gəmilərinə xəbərdarlıq göndərib
  25 Oktyabr 2021    Oxunub:796
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) Xəzər dənizində üzən gəmilərinə xəbərdarlıq göndərib.
ASCO-dan AzVision.az -a verilən məlumata görə, xəbərdarlıqda deyilir:

"Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu günün II yarısından sabah axşam saatlarına qədər dənizdə Şimal-Qərb-Şimal küləyinin 18-23 ms, arabir 25-30 ms, açıq dənizdə 30-32 m/s qədər güclənəcəyi gözlənilir".

AzVision.az


Teqlər: ASCO  





Xəbər lenti