“Ukrayna və Gürcüstan NATO-nun üzvü olmalıdır” - Amerikalı general

   “Ukrayna və Gürcüstan NATO-nun üzvü olmalıdır” -    Amerikalı general
  25 Oktyabr 2021    Oxunub:794
“Birləşmiş Ştatlar Rusiya ilə mübarizə aparmaq üçün Qara dənizdə qalmaqda maraqlıdır”.
Azvision.az xəbər verir ki, Amerikanın Avropadakı Qüvvələrinin keçmiş baş komandanı, general Ben Hodges deyib.
Onun sözlərinə görə, Qara dəniz ABŞ-a Rusiya və İrana qarşı mübarizədə, eyni zamanda müttəfiqlərini qorumaq üçün lazımdır.General qeyd edib ki, Bayden Qara dəniz regionunda hansı siyasətin aparılmalı olduğuna dair dəqiq anlayışa malik deyil.

Ben Hodges hesab edir ki, Rusiyaya diplomatik təzyiq artırılmalıdır: “Bölgə ölkələrinə iqtisadi investisiya yatırılmalıdır, Ukrayna və Türkiyə ilə münasibətləri isə yaxşılaşdırmaq lazımdır. Mən Ukraynanın və Gürcüstanın NATO-nun üzvü olmasını istəyirəm”.

AzVision.az


Teqlər: ABŞ   General  





Xəbər lenti