Türkmənbaşı Qazaxıstan prezidentinə at və tazı hədiyyə edib

   Türkmənbaşı Qazaxıstan prezidentinə at və tazı hədiyyə edib
  25 Oktyabr 2021    Oxunub:1870
Türkmənistanın dövlət başçısı Qurbanqulu Berdiməhəmmədov qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevə at və tazı it hədiyyə edib.
Azvision.az xəbər verir ki, bu barədə “Sputnik Qazaxıstan” məlumat yayıb. Tokayev iki günlük səfəri çərçivəsində Türkmənbaşı ilə Aşqabad yaxınlığındakı atçılıq kompleksini ziyarət edib. Burada Qurbanqulu Berdiməhəmmədov Tokayevə Qanatlı (Qanadlı) adlı Axal-Təkə atı və türkmən tazısı hədiyyə edib.

Bundan sonra dövlətlərin rəhbərlərinə atlıların şousu nümayiş etdirilib. Bildirilir ki, iki dövlət başçıları oktyabrın 25-də siyasi-diplomatik, ticarət-iqtisadi və mədəni-humanitar məsələləri müzakirə etməyi planlaşdırırlar. İkitərəfli sənədlər paketinin imzalanması da gözlənilir.

AzVision.az


Teqlər: Türkmənistan  





Xəbər lenti