Nüvə təhlükəsini AzVision.az -a şərh edən politoloq Elxan Şahinoğlu deyir ki, Şimali Koreya və İranla yanaşı daha bir təhlükə Çinin mövcud olan nüvə arsenalını dəfələrlə artırmasıdır. Həyəcan təbilini isə yenə Vaşinqton çalıb.
- ABŞ-ın BMT-dəki nümayəndəsi Cefri Eberhart bildirib ki, Çin nüvə arsenalını artırması səbəbini izah etməyib: “Çinin özünü qorumaq və cavab atəşi açmaq üçün kifayət qədər nüvə silahı var. Ancaq Pekin bunu özü üçün kifayət saymır və nüvə arsenalını artırır. Deməli Pekin müdafiəyə deyil, hücuma hazırlaşır”.
Bəllidir ki, Tayvan adası ətrafında vəziyyət gərgin olaraq qalır. Çin özününkü bildiyi adanı ələ keçirməyə çalışır. Pekinin 2025-ci ilə qədər Tayvanı ələ keçirməsi barədə planları var. Çin rəsmiləri bu planlarını gizlətmir və bildirirlər ki, əgər Tayvan adasına görə ABŞ-la üz-üzə qalarsa həm müdafiə olunmalı, həm də hücum keçməlidirlər.
Vaşinqton-Pekin qarşıdurması - Bəşəriyyət müharibələrlə üz-üzə |
Pekin hələ ki, bu təklifə müsbət cavab verməyib. Pekin Vaşinqtonla dialoqdan imtina etmir, ancaq Çin hakimiyyəti istəyir ki, əgər onlar nüvə arsenalını azaldacaqlarsa, ABŞ da nüvə arsenalını Çindəki qədər azltmalıdır.
Ekspertin sözlərinə görə, aydın məsələdir ki, ABŞ Pekinin bu tələbini qəbul etməz. Çünki, ABŞ-ın dərdi tək Çinlə əlaqəli deyil, başqa nüvə dövlətləri də var ki, Vaşinqton nüvə balansını bu dövlətlərin külliyatı əsasında formalaşdırmalıdır. Çinlə yanaşı ətraf ölkələrdən Hindistan və Pakistan da nüvə silahlarına malikdirlər. Onlar da Çin kimi nüvə silahlarının məhdudiyyəti ilə bağlı heç bir beynəlxalq sazişə imza atmayıblar.
-Beləliklə, ABŞ-la Çin arasında toqquşma baş verəcəksə, bu Tayvan ətrafında olacaq. Bunu həm Vaşinqton, həm də Pekin bilir. Pekin Tayvandan əl çəkən, Vaşinqton isə bu adanın müstəqilliyindən imtina edən deyil. Bu məsələdə iki dövlət arasında konsensus yoxdur. ABŞ prezidenti Co Bayden Tayvan məsələsində geri addım atmayacağını bəyan edib.
Tural Tağıyev
AzVision.az