Dəfn xərclərinin verilməsi qaydaları açıqlanıb

   Dəfn xərclərinin verilməsi qaydaları açıqlanıb
  26 Oktyabr 2021    Oxunub:1120
Azərbaycanda dəfn xərcləri sığorta olunan və pensiya hüququ olan şəxslərə şamil edilir.
AzVision.az xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının direktoru Mail Məmmədov deyib. O bildirib ki, qanunvericiliyə əsasən, əmək pensiyası alan və sosial sığortası olan şəxs vəfat edərsə, həmin şəxsin ailə üzvünə dəfn xərcləri ödənilir:

"Dəfn xərcini çəkən şəxs müvafiq icra hakimiyyəti orqanından bu barədə arayış gətirərək Dövlət Sosial Müdafiə Fonduna təqdim etməlidir. Bundan sonra həmin şəxsə dəfn xərci üçün birdəfəlik müavinət ödənilir. Əgər şəxsin əlillik müddəti bitibsə, vəfat edərkən əlillik hüququ olmayıbsa və həmin şəxs işləməyibsə ona dəfn xərci üçün birdəfəlik müavinət ödənilmir".

Aytən Zəhra
AzVision.az



Teqlər: DSMF  





Xəbər lenti