Metroda cibgirlik edən tutuldu

Metroda cibgirlik edən tutuldu
  26 Oktyabr 2021    Oxunub:615
Bakı metrosunda cibgirlik edən şəxs məsuliyyətə cəlb olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az -a bildirilib ki, oktyabrın 19-da metronun “Nəriman Nərimanov” stansiyasında qatarda Bakı şəhər sakini N.Zeynalovanın cibindən mobil telefonunu oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş E.Əliyev Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyənləşdirilərək saxlanılıb.

Faktla bağlı polis şöbəsi tərəfindən araşdırma aparılır.

AzVision.az



Teqlər: DİN  





Xəbər lenti