Keçmiş məhkum yenidən cinayət törətdi

Keçmiş məhkum yenidən cinayət törətdi
  26 Oktyabr 2021    Oxunub:649
Xətai rayonu ərazisindəki ofislərin birindən 3280 manat dəyərində noutbuk, modem və iki fotoaparat oğurlamaqda şübhəli bilinən Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş M.Nəbiyev Xətai Rayon Polis İdarəsinin 37-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyənləşdirilərək saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az -a bildirilib ki, aparılan tədbirlərlə onun oktyabr ayı ərzində müxtəlif vaxtlarda paytaxtın Nizami və Suraxanı rayonları ərazisində daha bir kafedən planşet, bir mağazadan 1800 manat məbləğində pul və 700 manat dəyərində qızıl-zinət əşyaları, digər mağazadan pul və planşet oğurlaması da müəyyən olunub.

Faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN  





Xəbər lenti