Daha sonra isə dövlət başçıları ilə AZAL prezidenti Cahangir Əsgərov arasında maraqlı dialoq olub. Cahangir Əsgərov Füzuli Beynəlxalq Hava Limanının rəmzi açarlarını prezidentlərə təqdim edərkən onun xarici görünüşündəki dəyişiklik Türkiyə Prezidentinin diqqətindən qaçmayıb.
Ərdoğan Cahangir Əsgərovu göstərərək, zarafatla "onun bığı vardı, indi yoxdu" deyib. Prezident İlham Əliyev isə gülərək, "bığı tökülüb",- deyə cavab verib. Cahangir Əsgərov bığını nəzərədə tutaraq, prezidentlərə "Zəngilanda olacaq" söyləyib.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


