“Bu bəyannamə əlaqələrimizi rəsmən müttəfiqlik səviyyəsinə qaldırıb”-Prezident (VİDEO)
“Bu gün isə Füzulidə və Zəngilandayıq. Şuşa şəhərində imzalanan Şuşa Bəyannaməsi tarixi sənəddir. Bu bəyannamə bizim əlaqələrimizi rəsmən müttəfiqlik səviyyəsinə qaldırmışdır.
Bu gün Füzuli Beynəlxalq Hava Limanının açılışında birlikdə iştirakımız bir daha bizim birliyimizi göstərir, gücümüzü göstərir. Onu göstərir ki, Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi hər zaman bir-birinin yanındadır”, - dövlət başçısı bildirib.
AzVision.az
Teqlər: Prezident Şuşa-Bəyannaməsi