Sarkisyan Səudiyyə Ərəbistanına səfər edən ilk erməni prezident oldu
- Ermənistanla Səudiyyə Ərəbistanı arasında diplomatik münasibətlər qurulmayıb, İrəvan rəsmiləri isə bu ölkəyə heç vaxt səfər etməyiblər. Beləliklə, Ermənistan prezidenti ərəb və islam dünyasında müstəsna rol oynayan dövlətə səfər edərək tarixi addım atıb, - Prezidentin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.
Sarkisyanı Ər-Riyadın hava limanında xarici işlər naziri Adel əl-Cubeyr qarşılayıb.
Xatırladaq ki, Ər-Riyad Ermənistanın müstəqillik elan etməsinə baxmayaraq birinci Qarabağ müharibəsində Azərbaycan torpaqlarını işğal etməsi səbəbindən İrəvanla diplomatik əlaqələr qurmaqdan imtina edib.
Tural Tağıyev
AzVision.az
Teqlər: Ermənistan Ər-Riyad