Büdcədən təhsil və səhiyyəyə ayrılan vəsait açıqlandı

   Büdcədən təhsil və səhiyyəyə ayrılan vəsait açıqlandı
  27 Oktyabr 2021    Oxunub:1142
Gələn ilin dövlət büdcəsindən təhsil sahəsinə 3 884 325 660,0 manat vəsait ayrılıb.
AzVision.az xəbər verir ki, bu, 2022-ci ilin dövlət büdcənin layihəsində əksini tapıb. Layihədə qeyd olunub ki, həmin xərclərin 376 858 452,0 manatı məktəbəqədər təhsilə, 2 090 153 867,0 manatı ümumi təhsilə, 63 815 386,0 manatı peşə təhsilinə, 87 300 596,0 manatı orta ixtisas təhsilinə, 59 987 844,0 manatı ali təhsilə, 3 937 523,0 manatı əlavə təhsilə, 7 015 701,0 manatı təhsil sahəsində tətbiqi tədqiqatlara, 1 195 256 291,0 manat təhsil sahəsində digər müəssisə və tədbirlərə ayrılıb.

Eyni zamanda gələn ilin dövlət büdcəsindən səhiyyə sahəsi üçün 1 788 619 634,0 manat vəsait ayrılıb. Layihədə qeyd olunub ki, həmin xərclərin 1 664 544,0 manatı poliklinikalar və ambulatoriyalara, 171 143 669,0 manatı xəstəxanalara, 2 588 726,0 manatı səhiyyə sahəsində tətbiqi tədqiqatlara, 1 613 222 695,0 manatı səhiyyə sahəsində proqramlar və digər xidmətlərlə ayrılıb.

Eyni zamanda, səhiyyə üçün ayrılan vəsaitdən 1 125 674 629,0 manatı isə əhalinin dövlət büdcəsinin vəsaiti hesabına icbari tibbi sığortalanması xərcləri və səhiyyə sahəsində bir sıra dövlər proqramlarının və tədbirlərinin maliyyə təminatı üçün nəzərdə tutulub.

AzVision.az



Teqlər: Təhsil   Səhiyyə  





Xəbər lenti