Nazir İƏT-ə üzv ölkələrin sahibkarlarını Qarabağa dəvət etdi

   Nazir İƏT-ə üzv ölkələrin sahibkarlarını Qarabağa dəvət etdi
  27 Oktyabr 2021    Oxunub:1284
44 günlük Vətən müharibəsi regionun siyasi, iqtisadi mühitinin dəyişməsinə, Qafqazda sülhün yaranmasına şərait yaratdı. Hazırda Qarabağda quruculuq-bərpa işləri aparılır. Dünən Azərbaycan və Türkiyə Prezidentlərinin iştirakı ilə Füzuli hava limanının açılış mərasiminə şahidlik etdik, bir sıra iqtisadi infrastruktur layihələrin həyata keçirilməsinə start verildi.
AzVision.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan İnvestisiya və Mədəniyyət Sammitində çıxışında deyib. O bildirib ki, Azərbaycan höküməti bölgənin dirçəlməsi, əhalinin geri qayıtması istiqamətində bir sıra layihələr həyata keçirir:

"Qarabağın dirçəldilməsi təkcə Azərbaycanın siyasi iqtisadi gücünün göstəricisi deyil, həm də bunula regionda davamlı sülhün əsası olacaq. Qarabağın bərpa olunması böyük iqtisadi əhəmiyyət kəsb edir. Burada regional inteqrasiya imkanları mövcuddur".

Nazir vurğulayıb ki, rəsmi Bakı Qarabağda quruculuq bərpa işlərinə tərəfdaş ölkələrdən investisiyaların cəlb olunmasında maraqlıdır:

"Ölkəmiz buraya böyük sərmayələr yatırır, bir sıra dövlətlərin şirkətləri burada fəaliyyəti həyata keçirilir. Bərpa işlərində İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin sahibkarlarının aramızda görmək istərdik. İnanırıq ki, bu sahədə əməkdaşlığımız qarşılıqlı faydalı olacaq".

Aytən Zəhra
AzVision.az



Teqlər: Qarabağ  





Xəbər lenti