"Qarabağdakı layihələrin bir parçası olmaqdan qürur duyuruq" - Türkiyə lideri

   "Qarabağdakı layihələrin bir parçası olmaqdan qürur duyuruq" -    Türkiyə lideri
  27 Oktyabr 2021    Oxunub:1913
“Türkiyə Azərbaycanın azad edilmiş ərazilərində həyata keçirilən layihələrin bir parçası olmaqdan qürur duyur”.
AzVision.az xəbər verir ki, bunu türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan səfərdən qayıdarkən təyyarədə jurnalistlərə deyib.

O, səfər zamanı Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında aparılan yenidənqurma və abadlıq işləri ilə yaxından tanış olduğunu vurğulayıb:

“Bölgədə iqtisadi potensialın canlandırılması, nəqliyyat xətlərinin bərpası və abadlaşdırılması, yeni tikililərlə bağlı fəaliyyətləri birlikdə araşdırdıq. Azərbaycanın uğurları azərbaycanlı qardaşlarımız qədər bizi də sevindirir. Türkiyə olaraq bu layihələrin bir parçası olmaqdan qürur duyuruq".

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Türkiyə   Azərbaycan  





Xəbər lenti