"Azad edilmiş ərazilər nümunəvi istehsal və rifah mərkəzinə çevriləcək" - Ərdoğan

   "Azad edilmiş ərazilər nümunəvi istehsal və rifah mərkəzinə çevriləcək" -    Ərdoğan
  27 Oktyabr 2021    Oxunub:1356
“Azərbaycanın işğaldan azad edilmiş ərazilərində başlatdığı "Ağıllı kənd" layihələri çərçivəsində Zəngilanda qardaşım cənab İlham Əliyevlə bilikdə “Dost Aqropark"ın təməlini qoyduq. 30 ilə yaxındır davam edən işğalın ətraf mühütə vurduğu dağıntıların yaralarının sağalması üçün azad edilmiş rayonlarda kənd təsərrüfatı istehsalının müasir və davamlı üsullarla bərpasına önəm veririk”.
AzVision.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan səfərdən qayıdarkən təyyarədə jurnalistlərə deyib.

"İşğaldan azad edilmiş Azərbaycan torpaqlarının yaxın gələcəkdə bölgədə nümunəvi istehsal və rifah mərkəzinə çevriləcəyinə ürəkdən inanıram. Bütün bu sahələrdə müvafiq qurum, təşkilat və şirkətlərimiz azərbaycanlı qardaşları ilə çiyin-çiyinə çalışırlar", - o əlavə edib.

Ərdoğan vurğulayıb ki, Türkiyə-Azərbaycan əməkdaşlıq şəraitində bu sahədə çox ciddi və qətiyyətli addımlar atır: "Bu istiqamətdə araşdırmalar davam etdirilir. Heyvandarlıqla bağlı fəaliyyət həyata keçirilir. Həmçinin, ərazilərin minalardan təmizləməsi istiqamətində də işlər görülür. Hazırda minalardan təmizlənmiş torpaqlarda həm Azərbaycan, həm də Türkiyə üçün qarşılıqlı mənfəət əsasında əkinçilik və heyvandarlıq işləri başlayıb. Onlar bizə bildirdilər ki, burada heyvandarlıq baxımından iş aparmaq üçün ən azı 5-10 min baş angus heyvan cinsi (iribuynuzlu) gətiriləcək. Bununla da Azərbaycan ət idxalını minimuma endirəcək. Bu onu göstərir ki, Azərbaycanda əkinçilik və heyvandarlıq sahələrində çox ciddi sıçrayış olacaq”.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Rəcəb-Tayyib-Ərdoğan   Azərbaycan   Səfər  





Xəbər lenti