Avtobusda koronavirus xəstəsi saxlanılıb

Avtobusda koronavirus xəstəsi saxlanılıb
  28 Oktyabr 2021    Oxunub :517
Bakıda sərnişin avtobusunda koronavirus xəstəsi aşkarlanıb.
Bu barədə AzVision.az -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Belə ki, Suraxanı rayonunda 132 saylı marşrutda aktiv koronavirus xəstəsi, 1972-ci il təvəllüdlü Həmid Bayramov saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Suraxanı Rayon Polis İdarəsi əməkdaşları tərəfindən aktiv koronavirus xəstəsinin müalicə təyin olunan ünvana yerləşdirilməsi təmin olunub. H.Bayramov barəsində cinayət qanunvericiliyinə uyğun olaraq, barəsində prosessual tədbirlər davam etdirilir.

AzVision.az

Teqlər: Koronavirus  







Xəbər lenti