Rövşən Əkbərova hökm oxundu

   Rövşən Əkbərova hökm oxundu
  27 Oktyabr 2021    Oxunub:1075
Bu gün Bakı Hərbi Məhkəməsində sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
AzVision.az xəbər verir ki, məhkəmənin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 10 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmə əsasən, R.Əkbərovun ittiham olunduğu Cinayət Məcəlləsinin 12.1, 221.3-cü (xuliqanlıq) maddəsi ittihamdan xaric edilib.

Zərərçəkmiş tərəfin mülki iddiası qismən təmin olunub.

Belə ki, məhkəmə R.Əkbərovdan 40 min 10 manat pulun tutularaq zərərçəkmişin hüquqi varisi Fəday Əliyevə verilməsi barədə qərar çıxarılıb.

Eyni zamanda məhkəmə R.Əkbərovun hərbi rütbəsini və fəxri adlarının alınmasını zəruri hesab etməyib. Buna səbəb işdə hərbi rütbənin alınması ilə bağlı təqdimat olmadığı göstərilib.

AzVision.az


Teqlər: Hökm  





Xəbər lenti