Əfqanıstanda ata qızını 500 dollara satıb
Ailəyə yaxın şəxsin mətbuata verdiyi məlumata görə, ata Nəcibə adlı qızını 50 min əfqaniyə (549,7 dollar) başqa ailəyə satıb.
Xatırladaq ki, bundan əvvəl də Əfqanıstanda ata öz qızını 590 dollara satmışdı. O, “Times” qəzetinə açıqlamasında 7 nəfərlik ailəni aclıqdan xilas etmək üçün 4 yaşlı qızını satmağa məcbur olduğunu demişdi.
Hazırda Əfqanıstanda ağır humanitar böhran hökm sürür. Ümumdünya Ərzaq Proqramının icraçı direktoru Devid Bizli hesab edir ki, ölkə humanitar fəlakətə yaxınlaşır.
AzVision.az
Teqlər: Əfqanıstan