Əmək pensiyası alanların sayı açıqlanıb

   Əmək pensiyası alanların sayı açıqlanıb
  28 Oktyabr 2021    Oxunub :346
Bu ilin 9 ayı ərzində 16 min nəfərlik özünüməşğulluq proqramına 11 739 nəfər cəlb olunub. Onlardan 974 nəfəri əlilliyi olan şəxslər, 1 639 nəfəri şəhid ailəsi üzvləri, 805 nəfəri məcburi köçkünlər, 49 nəfəri ünvanlı dövlət sosial yardımı alanlar, 2 787 nəfəri gənclər, 3 054 nəfərini isə qadınlar təşkil edib.
AzVision.az -ın xəbərinə görə, bu, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “2021-ci ilin ilk 9 ayı: İqtisadi artımın bərpası və post-konflikt quruculuğu” mövzusunda hazırladığı “İslahat İcmalı” hesabatda əksini tapıb.

Bundan başqa, ölkədə 9 ay üzrə əmək pensiyası alanların sayı 1 205 346 nəfər olub. Onlardan 709,9 min nəfəri yaşa görə, 352,9 min nəfəri əlilliyə görə, 142,6 min nəfəri isə ailə başçısını itirməyə görə pensiya alıb.

Hesabat dövründə 52 min ailəyə ünvanlı dövlət sosial yardımı ödənib. Ailəyə düşən orta aylıq məbləğ isə 267 manat təşkil edib. Bu il 40 460 nəfərə əlillik, 12 823 nəfərə isə ilkin əlillik, 27 637 nəfərə təkrar əlillik təyin olunub.

AzVision.az

Teqlər: Pensiya  







Xəbər lenti