Ermənistanda bir gündə virusa 2307 nəfər yoluxub

Ermənistanda bir gündə virusa 2307 nəfər yoluxub
  28 Oktyabr 2021    Oxunub:921
Ermənistanda son sutka ərzində daha 2307 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
AzVision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 302 450 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 38 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 6 189-ə yüksəlib. Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1280 nəfərdir. Aktiv xəstələrin sayı 30 303 nəfər təşkil edir.

Pərvanə Sultanova
AzVision.az





Teqlər: Ermənistan   Virus  





Xəbər lenti