"Rusiyadan "Su-35" və "Su-57" ala bilərik" - Çavuşoğlu

 "Rusiyadan "Su-35" və "Su-57" ala bilərik" -  Çavuşoğlu
  28 Oktyabr 2021    Oxunub:997
"Çox güman ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Co Bayden Qlazqoda görüşəcəklər”. AzVision.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "CNN Türk” kanalına müsahibəsində deyib.
XİN rəhbəri xatırladıb ki, Türkiyə "F-35"lərin alınması üçün 1,4 milyard dollar ödəniş edib: "Əgər Türkiyəyə “F-35” və “F-16” qırıcıları ilə bağlı məhdudiyyət qoyularsa, alternativlərimiz var. ABŞ Türkiyəyə qırıcı təyyarələri satmasa, Konqres bu işə əngəl törədərsə, Rusiyadan "Su-35" və "Su-57"lər alına bilər"

Çavuşoğlu əlavə edib ki, Türkiyə heç vaxt çarəsiz qalmayıb: "Hazırda müdafiə sahəsində ehtiyacımızın 75 faizini qarşılayırıq. Ehtiyac yarandıqda başqa bir ölkə ilə əməkdaşlıq edə bilərik. Alternativlərimiz var. Biz yolumuza davam edirik".

AzVision.az



Teqlər: Mövlud-Çavuşoğlu  





Xəbər lenti