"Ermənistanla münasibətlər məsələsində Azərbaycanla birgə hərəkət edirik" - Nazir

   "Ermənistanla münasibətlər məsələsində Azərbaycanla birgə hərəkət edirik" -    Nazir
  28 Oktyabr 2021    Oxunub:1615
"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana son səfəri zamanı Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması məsələsini xarici işlər naziri Ceyhun Bayramovla müzakirə etdik".
AzVision.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "CNN Türk" kanalına müsahibəsində deyib.

Nazir qeyd edib ki, Türkiyə Ermənistanla münasibətlərin normallaşması məsələsində Azərbaycanla birgə hərəkət edir: "Ermənistan tərəfindən müəyyən müsbət mesajlar verilib. Bu mesajlara eyni formada cavab verəcəyimizi demişik".

Çavuşoğlu vurğulayıb ki, Azərbaycan münaqişədən sonra sülh sazişinin imzalanması üçün Ermənistana çağırış edib: "Lakin Ermənistan tərəfindən hələ də müsbət cavab verilməyib".

AzVision.az



Teqlər: Türkiyə   Azərbaycan   Ermənistan  





Xəbər lenti