"Şirkətlər arasında əməkdaşlığı dəstəkləməyə hazırıq" - Səfir

"Şirkətlər arasında əməkdaşlığı dəstəkləməyə hazırıq" -    Səfir
  28 Oktyabr 2021    Oxunub:1052
Kolumbiyanın ölkəmizdəki səfiri Antonio Dimate Kardenas azərbaycanlı sahibkarlarla görüşüb.
Bu barədə AzVision.az -a səfilikdən məlumat verilib.

Görüş zamanı Kolumbiyadan gül tədarükünün artırılması imkanları qiymətləndirilib.
Qeyd olunub ki, pandemiyaya baxmayaraq çiçək sektoru sabit qalıb. Həmçinin, bu sahədə çox yaxşı inkişaf perspektivlərinin olduğu vurğulanıb. Bu da Azərbaycan şirkətləri ilə kolumbiyalı istehsalçılar arasında daha sıx ticarət əlaqələrin yaradılmasında öz töhfəsini verir.

Diplomat Kolumbiya səfirliyinin Azərbaycan şirkətləri ilə ölkəsindən olan iş adamları arasında əlaqə qurmağa kömək göstərməyə hər zaman hazır olduğunu söyləyib.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Kolumbiya   Azərbaycan  





Xəbər lenti