"Ermənistan sözə qulaq assaydı..." - Satanovski

 "Ermənistan sözə qulaq assaydı..." -  Satanovski
  28 Oktyabr 2021    Oxunub:3228
“Vaxtında Bakı ilə birlikdə Moskvanın məsləhətlərinə qulaq assa idi, Ermənistan Azərbaycanla münaqişəni özü həll edə bilərdi”. Rusiyanın Yaxın Şərq İnstitutunun prezidenti Yevgeni Satanovski erməni mediasına açıqlamasında belə deyib. AzVision.az xəbər verir ki, rusiyalı ekspert son iki onillikdə bu müstəvidə keçirilmiş çoxsaylı rəsmi və qeyr-rəsmi görüşləri, müzakirələri, danışıqları nəzərdə tutduğunu bildirib.
- İkinci Qarabağ münaqişəsi bitənə qədər bu məsələdə erməni tərəfi azərbaycan tərəfindən daha inadcıl idi. Müharibədən əvvəl və müharibənin əvvəlində böhranın tənzimlənməsi üçün Moskvanın irəli sürdüyü ideyalar sonradan Ermənistanın getməyə məcbur olduğu şərtlərdən daha sərfəli idi.
Ancaq heç kim heç nəyə qulaq asmırdı və gələcək müharibədə “Stepanakert”in (Xankəndi - red.) Bakını fəth edəcəyi düşüncəsi var idi. Nəticə isə olduğu kimi göz önündədir. O, İrəvan üçün kədərli, Bakı və Anakara üçün isə olduqca yaxşıdır,
- Yevgeni Satanovski vurğulayıb.

Başqa sözlə desək, məşhur rusiyalı ekspert üzləşdiyi bütün bəlalarda Ermənistanın özünün günahkar olduğunu bildirir. Özü yıxılan isə ağlamamalıdır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Satanovski   Müharibə  





Xəbər lenti