"Gələn il informatikadan imtahan olmayacaq" - DİM

   "Gələn il informatikadan imtahan olmayacaq" -    DİM
  28 Oktyabr 2021    Oxunub :386
“Xarici dildə təhsil almaq istəyənlər üçün Azərbaycan dili imtahanının da sualların səsləndirilməsi növbəti qəbul imtahanlarında tətbiq olunacaq”.
AzVision.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, III qrupda olan dəyişiklik səbəbindən coğrafiya fənni üzrə imtahan ayrı ola bilər.

“Növbəti qəbul imtahanında I qrup imtahanlarında informatika fənni olmayacaq. Bu dəyişiklik 2023-2024-cü tədris ilindən tətbiq olunacaq. İnformatika fənninə aid qəbul proqramı üzərində işlər aparılır. Müəyyən planlarımız var, bunu Təhsil Nazirliyi ilə müzakirə edirik”.

Aytən Zəhra
AzVision.az

Teqlər:







Xəbər lenti