"Ermənistan sərhədlərin delimitasiyası və demarkasiyasına hazırdır" - Qriqoryan

   "Ermənistan sərhədlərin delimitasiyası və demarkasiyasına hazırdır" -    Qriqoryan
  28 Oktyabr 2021    Oxunub:1442
"Ermənistan hökuməti Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə başlamağa hazırdır".
AzVision.az "TASS"a istinadən xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan hökumətin iclasında deyib.

"Biz delimitasiya və demarkasiya prosesinə başlamağa, işçi qrupunun bütün təkliflərini müzakirə etməyə hazırıq. Azərbaycandan müsbət siqnallar gözləyirik. Deyəsən, sentyabrda Azərbaycan tərəfi BMT-də belə bir bəyanat verdi, lakin biz bu məsələdə irəli getmirik”, - o bildirib.

Qriqoryanın sözlərinə görə, Azərbaycanla sərhədin delimitasiyası və demarkasiyası üçün hüquqi əsası olan sovet xəritələri 1920-ci illərdə çap edilib: "Amma burada da aydınlıq yoxdur: bəziləri bunların 1926-cı ilin, bəziləri isə 1929-cu ilin xəritələri olduğunu deyirlər", - Qriqoryan əlavə edib.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Azərbaycan   Ermənistan   Delimitasiya  





Xəbər lenti