Vətən müharibəsi qazisi və əlillərin əl işləri satışda - FOTOLAR

 Vətən müharibəsi qazisi və əlillərin əl işləri satışda -  FOTOLAR
  28 Oktyabr 2021    Oxunub:6340
Bu gün ASAN Könüllülük Məktəbi, Sosial Xidmətlər Agentliyi və “ASAN Könüllüləri” Təşkilatının tərəfdaşlığı ilə 6 saylı Bakı “ASAN xidmət” mərkəzində Vətən Müharibəsi Qaziləri və əlilliyi olan şəxslərin əl işlərindən ibarət satış sərgisi təşkil olunub.
AzVision.az xəbər verir ki, sərginin təşkilində məqsəd əlilliyi olan şəxslərin istedad və bacarıqlarının cəmiyyətə tanıdılması, onların yaradıcıllıq imkanlarına, fəaliyyətlərinin stimullaşdırılmasına, cəmiyyətə inteqrasiyasına dəstək verməkdir.

Sərgidə Vətən Müharibəsi Qaziləri və əlilliyi olan şəxslər tərəfindən hazırlanmış suvenerlər, ağac üzərində oymalar, xalçaçılıq, tikmə və toxuma nümunələri, rəsmlər, bəzək əşyaları və aksesuarlar və.s nümayiş olunacaq, eyni zamanda satışına dəstək göstəriləcək.





























AzVision.az

Qalereya




Teqlər: ASAN  



Xəbər lenti