"Ermənistanın mina xəritələrini verməsi üçün təmaslar davam edir" - Akar

   "Ermənistanın mina xəritələrini verməsi üçün təmaslar davam edir" -    Akar
  28 Oktyabr 2021    Oxunub:1239
"Atəşkəsin elan edildiyi ilk gündən etibarən Türkiyə Silahlı Qüvvələrinin əməkdaşları minatəmizləmə fəaliyətinə başlayıb. Minalar təmizləndikcə azad edilmiş bölgələr daha təhlükəsiz vəziyyətdə olur, əkinçilik və yaşayış üçün əlverişli vəziyyətə gəlir”.
AzVision.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan minatəmizləmə fəaliyyətinə dair suala cavabında deyib.

O, eyni fəaliyyətin Liviyada da aparıldığını xatırladıb.

Türkiyənin müdafiə naziri vurğulayıb ki, Ermənistanın dərhal mina xəritələrini verməsi üçün təmaslar davam edir.

AzVision.az



Teqlər: Hulusi-Akar  





Xəbər lenti