Xarici dövlətin vətəndaşlığını qəbul etmiş azərbaycanlıların nəzərinə!
Qeyd olunub ki, bunun üçün əvvəlcə xidmətin rəsmi internet səhifəsinə daxil olub "elektron xidmətlər" bölməsi seçilməlidir. Daha sonra "Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikası vətəndaşı tərəfindən bu barədə məlumatın verilməsi" pəncərəsinə daxil olunmalıdır.
"Sənəd üzrə məlumatlar" hissəsində müvafiq xanalar doldurulmalıdır.
İkinci addımda şəxsi məlumatlar pəncərəsindəki xanalara aidiyyəti informasiyalar qeyd edilməlidir. Növbəti mərhələdə "müraciət məlumatları" pəncərəsinin doldurulması tələb olunacaq.
AzVision.az
Teqlər: DMX







Vaxtında, Aydın, Lazımlı!


