İki məhkəmə sədri Məhkəmə Hüquq Şurasına üzv seçilib

İki məhkəmə sədri Məhkəmə Hüquq Şurasına üzv seçilib
  28 Oktyabr 2021    Oxunub :291
Məhkəmə Hüquq Şurasına iki yeni üzv qəbul edilib.
AzVision.az xəbər verir ki, bu barədə Məhkəmə Hüquq Şurasından məlumat verilib.

Məlumatda bildirilir ki, Məhkəmə-Hüquq Şurasında apellyasiya instansiyası üzrə 2 vakant yer mövcüd olub: "Həmin vakansiyalar üzrə Azərbaycan Hakimləri Assosiasiyaları İttifaqı tərəfindən namizədlər irəli sürülüb və həmin namizədlər sırasından Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərov və Sumqayıt Apellyasiya Məhkəməsinin sədri Tofiq Paşayev Məhkəmə-Hüquq Şurasının yeni üzvləri seçiliblər".

Xatırladaq ki, Məhkəmə Hüquq Şurasının 13 üzvü var. Şuranın sədri isə ədliyyə naziri Fikrət Məmmədovdur.

AzVision.az

Teqlər: Hakim  







Xəbər lenti