COVID-19 Azərbaycanda : Daha 2 420 nəfər yoluxub, 29 pasiyent ölüb

      COVID-19 Azərbaycanda   : Daha 2 420 nəfər yoluxub, 29 pasiyent ölüb
  28 Oktyabr 2021    Oxunub :273
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2420 yeni yoluxma faktı qeydə alınıb, 1358 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzVision.az -a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 524788 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 489032 nəfər müalicə olunaraq sağalıb, 6995 nəfər vəfat edib, aktiv xəstə sayı 28761 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13827, ötən müddət ərzində isə ümumilikdə 5158035 test aparılıb.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 35 859, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 13 435 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 518 912, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 154 936, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 363 976 təşkil edir.

AzVision.az

Teqlər:







Xəbər lenti