Paytaxtda daha bir məktəb distant təhsilə keçdi

Paytaxtda daha bir məktəb distant təhsilə keçdi
  28 Oktyabr 2021    Oxunub :294
Bakının 212 nömrəli tam orta məktəbində tədris distant formada davam etdiriləcək.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AzVision.az -a verilən məlumata görə, məktəbin 6 müəllimi və 5 şagirdində COVİD-19 infeksiyasına yoluxma faktı təsdiq olunub.

Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin qərarı ilə 212 nömrəli tam orta məktəbdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.

AzVision.az

Teqlər: Məktəb  







Xəbər lenti