Əli Əsədov Türkiyə Banklar Birliyinin İdarə Heyətinin sədri ilə görüşüb

Əli Əsədov Türkiyə Banklar Birliyinin İdarə Heyətinin sədri ilə görüşüb
  28 Oktyabr 2021    Oxunub :288
Azərbaycanın Baş naziri Əli Əsədov oktyabrın 28-də Türkiyə Banklar Birliyinin İdarə Heyətinin sədri Alpaslan Çakarla görüşüb.
Nazirlər Kabinetindən AzVision.az -a verilən məlumata görə, görüşdə iki ölkə arasında maliyyə-bank sektorunda əlaqələrin hazırkı vəziyyəti, həmçinin əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.

Görüşdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı da iştirak edib.

AzVision.az

Teqlər: Başnazir  







Xəbər lenti