Qumbara ilə ehtiyatsız davranan 4 erməni hərbçisi yaralanıb

   Qumbara ilə ehtiyatsız davranan 4 erməni hərbçisi yaralanıb
  28 Oktyabr 2021    Oxunub:909
Ermənistan silahlı qüvvələrinin 4 hərbçisi qumbara ilə ehtiyatsız davranma nəticəsində yaralanıb.
AzVision.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, oktyabrın 28-də saat 10 radələrində Şərq istiqamətində dislokasiya olunmuş hərbi hissənin dayaq məntəqələrindən birində ehtiyatsız davranma nəticəsində qumbara partlayıb. Dörd hərbçi yüngül xəsarət alıb. Hadisənin bütün təfərrüatı araşdırılır.

AzVision.az



Teqlər: Ermənistan   Hərbçi  





Xəbər lenti