"Türkiyə ilə iqtisadi əlaqələrin genişlənməsi mühüm strateji amildir" - Nazir

   "Türkiyə ilə iqtisadi əlaqələrin genişlənməsi mühüm strateji amildir" -    Nazir
  28 Oktyabr 2021    Oxunub:1362
"Türkiyə ilə dostluğa və qardaşlığa əsaslanan münasibətlərimiz çərçivəsində iqtisadi əlaqələrin genişlənməsi ölkələrimizin milli maraqlarına xidmət edən mühüm strateji amildir".
AzVision.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov tviter səhifəsində paylaşıb.

Paylaşımda həmçinin deyilir: “Türkiyə Banklar Birliyinin (Türkiye Bankalar Birliği) İdarə Heyətinin sədri Alpaslan Çakarla görüşümüzdə Azərbaycan-Türkiyə ticarət və investisiya tərəfdaşlığının gücləndirilməsi barədə fikir mübadiləsi apardıq”.

AzVision.az



Teqlər: Azərbaycan   Türkiyə  



Xəbər lenti