Bayden Avropa səfərində Ərdoğanla görüşmək fikrindədir

   Bayden Avropa səfərində Ərdoğanla görüşmək fikrindədir
  28 Oktyabr 2021    Oxunub:861
“ABŞ prezidenti Co Bayden Qlazqoda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına (COP-26) üzv ölkələrinin 26-cı Konfransında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmək fikrindədir”.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ Milli Təhlükəsizlik liderinin köməkçisi Ceyk Sallivan jurnalistlərin suallarını cavablandırarkən məlumat verib:

"Mən onun Türkiyə prezidenti ilə Qlazqoda görüşəcəyinə ümid edirəm. Məndə heç bir təsdiq yoxdur, amma düşünürəm ki, ABŞ prezidenti bunu gözləyir", - Sullivan deyib.

AzVision.az



Teqlər: ABŞ   Türkiyə  



Xəbər lenti