FHN metrodakı tüstülənmə ilə bağlı məlumat yaydı

FHN metrodakı tüstülənmə ilə bağlı məlumat yaydı
  30 Oktyabr 2021    Oxunub:1052
Fövqəladə Hallar Nazirliyi (FHN) Bakı metrosunda baş vermis hadisə ilə bağlı məlumat yayıb.
AzVision.az xəbər verir ki, məlumatda deyilir:

“Bu gün saat 14:32-də FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı Metropoliteninin “28 May” stansiyasında qatarın təmas reysində elektrik naqillərində qısaqapanma nəticəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, qısaqapanma nəticəsində metro tunelinə girişdə elektrik kabelinin 0,5 paqonometr hissəsində lokal tüstülənmənin baş verdiyi və qarşısının metropiliten əməkdaşları tərəfindən alındığı müəyyən olunub.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən təhqiqat aparılır”.

AzVision.az


Teqlər: FHN  





Xəbər lenti