Avropa 3,5 milyard doza vaksin istehsal etməyi planlaşdırır

Avropa 3,5 milyard doza vaksin istehsal etməyi planlaşdırır
  29 Oktyabr 2021    Oxunub:738
Avropa İttifaqı (Aİ) 2022-ci ildə koronavirus əleyhinə 3,5 milyard doza vaksin istehsal etməyi planlaşdırır.
AzVision.az xəbər verir ki, bu sözləri Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen deyib. Avrokomissiyanın prezidenti bildirib ki, pandemiya baxımından əsas hədəf G20 ölkələrinin dünya əhalisinin 70 faizinin vaksinasiyadan keçməsini təmin etməsidir. Onun sözlərinə görə, gələn il Aİ-də istehsal olunacaq 3,5 milyard doza peyvəndin böyük hissəsi ixrac olunacaq.

O qeyd edib ki, Aİ istixana qazı emissiyasını 2020-ci ildəki səviyyələrlə müqayisədə 2030-cu ilə qədər 30 faiz azaltmağı qarşıya məqsəd qoyub.

AzVision.az


Teqlər: Vaksin  



Xəbər lenti