“Apple” “iPhone” satışından 191 milyard dollar qazanıb

    “Apple” “iPhone” satışından 191 milyard dollar qazanıb
  29 Oktyabr 2021    Oxunub:1107
Sentyabrın 25-də başa çatan üç aylıq hesabat dövründə “Apple”ın gəliri 83,4 milyard ABŞ dolları təşkil edib. Şirkətin son rübdə xalis mənfəəti keçən ilin eyni dövründəki 12,6 milyard dollarla müqayisədə 20,5 milyard ABŞ dolları olub.
AzVision.az xəbər verir ki, bu barədə şirkətin saytında dərc olunmuş məlumatda bildirilir. Qeyd olunub ki, “Apple”ın gəliri bu il 365,8 milyard ABŞ dolları olub. Maliyyə ili üçün xalis mənfəət 94,6 milyard dollar təşkil edirdisə, bir il əvvəl bu göstərici üzrə məlumatlar 57,4 milyard ABŞ dolları təşkil edib.

Şirkətin əsas məhsulu iPhone olaraq qalır və bu smartfonların dünya üzrə satışından əldə olunan gəlir rübdə 38,8 milyard ABŞ dolları, maliyyə ilində isə 191,9 milyard ABŞ dolları təşkil edib.

AzVision.az


Teqlər: Qazanc   Telefon  





Xəbər lenti