Koronavirusa görə bağlanan məktəb açılıb

 Koronavirusa görə bağlanan məktəb açılıb
  29 Oktyabr 2021    Oxunub:1140
Oktyabrın 29-da paytaxtdakı 245 nömrəli tam orta məktəbdə əyani dərslər bərpa olunub.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AzVision.az -a verilən məlumata görə, məktəb kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş 14 günlük karantin müddəti oktyabrın 29-da başa çatıb.

Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.

AzVision.az


Teqlər:



Xəbər lenti