148 nəfər toylara buraxılmayıb

148 nəfər toylara buraxılmayıb
  29 Oktyabr 2021    Oxunub:718
Oktyabrın 28-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 66 toy şənliyinin monitorinqini həyata keçirib.
DİN-in mətbuat xidmətindən AzVision.az -a verilən məlumata görə, monitorinq 62 şadlıq sarayında, 4 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

- 6 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;

-148 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

AzVision.az


Teqlər: DİN  





Xəbər lenti