Elman Rüstəmov: "Azərbaycanda gələn il inflyasiya 5,6% olacaq"

      Elman Rüstəmov:    "Azərbaycanda gələn il inflyasiya 5,6% olacaq"
  29 Oktyabr 2021    Oxunub:1809
Azərbaycanda bu il ortaillik inflyasiya 6,2%-6,5 səviyyəsində gözlənilir.
AzVision.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib. Onun sözlərinə görə, təkcə dekbarda illik inflyasiya 9,5%-10,5% səviyyəsində gözlənilir.
Sədr qeyd edib ki, gələn il isə ortaillik inflyasiya 5,6% səviyyəsində proqnozlaşdırılır.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının faiz dəhlizinin parametrlərinə dair sonuncu sənədində ölkədə 2021-ci ildə inflyasiyanın 4±2% diapazonunda formalaşacağı deyilir. Beynəlxalq Valyuta Fondunun son proqnozuna görə isə bu il Azərbaycanda istehlak qiymətləri illik 4,4%, 2022-ci ildə isə 3,2% artacaq.

Xatırladaq ki, 2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda ortaillik inflyasiya 5,2%, təkcə sentyabrda isə illik inflyasiya 8,5% təşkil edib. 2020-ci ildə Azərbaycanda ortaillik inflyasiya 2,8% təşkil edib.

AzVision.az



Teqlər: Mərkəzi-bank  



Xəbər lenti