Türkiyə Cümhuriyyətinin yaranmasından 98 il ötür

   Türkiyə Cümhuriyyətinin yaranmasından 98 il ötür
  29 Oktyabr 2021    Oxunub:1105
Oktyabrın 29-u Türkiyə Cümhuriyyətinin elan olunmasının 98-ci ildönümüdür.
AzVision.az xəbər verir ki, bu bayram 1923-cü ildə Türkiyə Böyük Millət Məclisinin (TBMM) qərarı ilə Osmanlı dövlətinin ləğv edilərək Türkiyə Cümhuriyyətinin elan olunması münasibəti ilə qeyd edilir.

Mustafa Kamal Paşanın rəhbərliyində TBMM-də elan edilən respublikanın ilk prezidenti də Mustafa Kamal (Atatürk) özü olur. 1924-cü ildən etibarən keçirilməyə başlayan bayram Türkiyənin bütün şəhərlərində, Şimali Kipr Türk Respublikasında (KKTC) və dünyanın bütün ölkələrindəki Türkiyə səfirliklərində qeyd edilir.

Ərazisi 783 562,4 km² olan Türkiyənin 3 faizi Avropa, 97 faizi Asiya qitəsindədir. Ölkə 7 coğrafi ərazi və 81 vilayətdən ibarətdir. Əhalisi təxminən 73 milyon 722 min 988 nəfər, paytaxtı Ankara şəhəridir. Parlament üsulu ilə idarə olunan ölkənin bayrağı qırmızı parça üstündə ağ rəngli aypara və beş guşəli ulduzdan ibarətdir. Türkiyənin rəsmi dili türk dilidir.

Ölkə şərqdən İran, Azərbaycan, Gürcüstan və Ermənistan, cənubdan Suriya və İraq, qərbdən Yunanıstan və Bolqarıstanla sərhəddir.

Xatırladaq ki, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin qurucusu Qazi Mustafa Kamal Atatürkün məzarını ziyarət edib, “Anıtkabir”ə əklil qoyub.
Daha sonra Türkiyə Prezidenti "Anıtkabir" özəl dəftərini imzalayıb.

Türkiyə Prezidentini ziyarətdə ölkə rəsmiləri müşayət edib.

AzVision.az



Teqlər: Türkiyə  



Xəbər lenti