“Qarabağın hava qapısı olan və cəmi 8 aya minalardan təmizlənərək tikilən Füzuli Beynəlxalq Hava Limanının da məhz iki qardaş ölkənin Prezidentlərinin xeyir-duası ilə açılması sıradan bir nəqliyyat hadisəsi deyildi, bu, ilk növbədə işğaldan azad olunan əarazilərin qısa zamanda necə bərpa olunması, Qarabağın hamının sülh şəraitində yaşaya biləcəyi inkişaf etmiş bir məkana çevrilməsi üçün görülən işlərin misilsiz miqyasının və dövlətimizin gücünün nümayişi idi. Bu tarixi hadisənin Ermənistanda yaratdığı siyasi və psixoloji nəticələrin analizi onu göstərir ki, praqmatik düşüncəyə malik ermənilər artıq analyırlar ki, Ermənistan varlığını qoruyub saxlamaq və inkişafını təmin etmək istəyirsə Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmalı və onlara qarşı olan əsassız iddialarına birdəfəlik son qoymalıdır”.
A. Quliyev əlavə edib ki, digər xüsusi hadisə Azərbaycanın tələbilə İranın Xankəndinə qanunsuz yükdaşımalardan rəsmən imtina etməsi və bunu qadağan edən xüsusi sənədi imzalamasıydı : “Fikrimcə, belə bir siyasi və diplomatik uğurun əldə olunmasını Azərbaycanın Vətən müharibəsindən sonra ikinci mühüm qələbəsi də hesab etmək olar. Ona görə ki, cənab Prezidentin qətiyyətli və güzəştsiz mövqeyi, cəsarətli addımları nəticəsində İranın son 30 ildə sərhədlərimizin toxunulmazlığı prinsipini pozaraq Xankəndinə və digər ərazilərə qanunsuz yük daşıması və bununla da ölkəmizə qarşı açıq hörmətsizlik etməsi praktikasına son qoyuldu. Yəqin ki, Azərbaycanın bu qərardan əldə etdiyi geosiyasi dividentləri də hesablamaq çətin deyil.
Ancaq, əlbəttə, hesab edirəm ki, bir ay öncə sərhədlərimizdə hərbi təlim keçirən və bizə hədə-qorxu gələn İran rəsmilərinin Azərbaycanla münasibətlərin tam pozulmasının nələrə səbəb olacağını doğru analiz edə bilməsi və bu addımı atması, bütövlükdə, regionun maraqlarına cavab verir. Ümid edirik ki, bundan sonra qonşu ölkə tərəfindən qarşılıqlı hörmət prinsipinə və milli maraqlarımıza xələl gətirən hər hansı bir hadisənin şahidi olmayacağıq”.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


