Qarabağda 100 hektara yaxın ərazidə ağac əkiləcək - Nazir müavini

   Qarabağda 100 hektara yaxın ərazidə ağac əkiləcək -    Nazir müavini
  29 Oktyabr 2021    Oxunub:1184
İşğaldan azad edilmiş ərazilərdə 100 hektara yaxın sahədə ağac əkilməsi nəzərdə tutulub. Zəngilanda 32 hektar, Cəbrayılda 40 hektar, türkiyəli qardaşlarımızla salınacaq dostluq parkında 20 hektar, Ağdamda 10 hektar və digər ərazilərdə ağaclar əkiləcək.
AzVision.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib. O qeyd edib ki, nəzərdə tutulmuş ərazinin 60 hektarında bu payız əkin mövsümündə əkiləcək:

"İşğaldan azad edilmiş ərazilərdə hara giriş imkanımız varsa, həmin ərazilərdə bu işləri həyata keçiririk. Əkiləcək bütün tinglər nazirliyin ting təsərrüfatlarında yetişdirilib və meşələrə uyğun növlər seçilir. Abşeronda həmişəyaşıl ağaclar və həmişəyaşıl meyvə ağacları əkilir. Ən böyük ərazi isə Xocahəsəndədir. 100 hektara yaxın ərazidə artıq ağac əkini tamamlanmaqdadır. Həmkar şirkətlərin də dəstəyindən yararlanırıq. 20 oktyabrdan payız əkin mövsümünə start verilib. Gələn həftədən həm nazirliyin, həm İDEA İctimai Birliyinin və digər dost qurumların iştirakı ilə ağaclar əkiləcək. Noyabrın 1-dən isə Aran rayonlarında əkin işlərinə başlanılacaq. Ümumi planımız 800 min ağacın əkilməsidir”.

AzVision.az



Teqlər: Ağacəkmə  



Xəbər lenti