İspaniyada şəkərli qidaların reklamı qadağan ediləcək
Onun sözlərinə görə, 2022-ci ildən internetdə, kinoteatrlarda, radio və televiziyalarda 16 yaşından kiçik uşaqlar üçün nəzərdə tutulan peçenye, dondurma, şəkərli və ya yüksək kalorili içkilər kimi qida məhsullarının reklamları qadağan ediləcək.
Nazir Ümumdünya Səhiyyə Təşkilatı, Milli Bazarlar və Rəqabət Komissiyası ilə bununla bağlı aparılan danışıqların yekunlaşdığını söyləyib.
"İspaniyada artıq çəkili insanlar 23,3 faiz, piylənmədən əziyyət çəkənlər isə 17,3 faiz təşkil edir. 6-9 yaş arası uşaqlarda bu göstərici 40 faizi ötür. Bunlar narahatlıq yaradan rəqəmlərdir", - Qarzon əlavə edib.
Sentyabr ayında İspaniyada yayımlanan bir araşdırmada uşaqlar üçün çəkilən 10 televiziya reklamından 9-nun sağlam qidalanma qaydalarını pozduğu məlum olub.
Pərvanə Sultanova
AzVision.az
Teqlər: İspaniya







Vaxtında, Aydın, Lazımlı!


