28 may qeyri-iş günü, 18 oktyabr iş günü olacaq

   28 may qeyri-iş günü, 18 oktyabr iş günü olacaq
  29 Oktyabr 2021    Oxunub:995
Bayram elan edilmiş 28 May Müstəqillik Günü qeyri-iş günü, 18 Oktyabr Müstəqilliyin Bərpası Günü iş günü olacaq.
AzVision.az -ın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Ə. Hüseynli bildirib ki, indiyə kimi 18 oktyabra etinasız yanaşma olmayıb: “Biz komitədə məsələni müzakirə edəndə peşəkar hüquqşünaslar dedi ki, bu, texniki dəyişiklikdir. Amma mən bildirdim ki, bu mövzuda çıxış edənlər, populizm axtaranlar olacaq. Burada səsləndirilən fikirlər elə göstərir ki, indiyə kimi 18 oktyabrı qeyd etməmişik. Qeyri-iş günləri həmin günün dəyərini azaltmır. Hansısa bayramın gününü alıb digər bayramı qeyd etmək fikrini qəbul edə bilmərəm. Bu layihə sadəcə texniki xarakter daşıyır, uyğunlaşdırmadır”.

Qeyd edək ki, parlamentin bugünkü iclasında deputatlar Fazil Mustafa, Əli Məsimli və Sabir Rüstəmxanlı 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününün qeyri-iş günü olması təklifi ilə çıxış edib.


AzVision.az



Teqlər: 28-May  



Xəbər lenti